Möhtəşəm açılış

15 Fevral 2018-ci il tarixində Bulvar Oteldə CTC İnternational şirkətinin möhtəşəm açılışı baş tutdu.

 CTC İnternational (Caspian Training Company) 2017-ci ildə təsis edilmiş və 2018-ci ildə fəaliyyət göstəməyə başlayan, dövlət, qeyri-hökumət,özəl biznes sektorlarında peşəkar təlim xidmətlərini təqdim edən və həmçinin,xaricdə universitet, peşə təhsilini təşkil edən beynəlxalq standartlara uygun təlim xidmətləri və sertifikasiya şirkətidir.

-    Tədbir Hi-tech Solutions, Unitech, Əlincə Qala və CTC İnternational şirkətləri barədə qısa filmi izləməklə açıq elan olundu. İlk öncə qonaqları şirklətlərin təsisçisi Araz Aslanov salamladı və şirkətin hədəfləri barədə məlumat verdi. Sonradan şirkətin icraçı direktoru Lətafət Rəhimli şirkətin fəaliyyəti və təlimlər barədə geniş məlumat verdi.

   Tədbirdə çox sayda ziyalılar, dövlət, qeyri-hökumət, özəl biznes sektorlarının tanınmış simaları iştirak etmişdirlər

Tədbir Adil Əliyev — Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı, Hamlet İsaxanlı — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi, Arzu Muradlı — Finlyandiya Azəbaycan Assosiyasiyasının təsisçisi, Finlandiyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri, çıxışları ilə davam etdi.

Sonda Proks Azerbaijan şirkətinin direktoru Namina Ağasızadə Hi-Tech Solutions və CTC İnternational şirkətlərinə İdarəetmə Sistemi İSO 9001-2015 və İSO 10002:2014 sertifikatlarını təqdim etdi.

 Tədbir şam yeməyi ilə sona çatdı

2018-02-26

TƏLİMLƏR


Image
Vergi yoxlamalarının əsasları - Fərid Həsənov

  • Bakı şəh.
  • Feyzulla Qasımzadə küç. 46
Image
Garson təlimi


  • Bakı şəh.
  • Feyzulla Qasımzadə küç. 46
Image
Təlimçinin təlim bacarıqları - Vəfa Vəliyeva
  • Bakı şəh.
  • Feyzulla Qasımzadə küç. 46
Image
Layihələrin yazılışı və fəal təlim - Türkan Vəliyeva
  • Bakı şəh.
  • Feyzulla Qasımzadə küç. 46
Image
“Dincələrək öyrənək - Vəfa Vəliyeva və Türkan Vəlili
  • Bakı şəh.
  • Feyzulla Qasımzadə küç. 46
Image
Əmək qanunvericiliyinin əsasları - Vurğun Quliyev
  • Bakı şəh.
  • Feyzulla Qasımzadə küç. 46
Image
Dincələrək öyrənək - Vəfa Vəliyeva və Türkan Vəlili
  • Azərbaycan
  • Qusar r. Əniğ k.
Image
Interaktiv lövhə və fəal təlim - Türkan Vəlili

  • Bakı şəh.
  • Feyzulla Qasımzadə küç. 46

QEYDİYYAT

Təlimlərdən qeydiyyatdan keçin, zəngimizi gözləyin



Partnyorlar və Akkreditasiyalarımız